Sumqayıtda evdə partlayış olub, yaralılar var
Sumqayıt şəhərində evdə partlayış hadisəsi baş verib. Gundelik.az xəbər verir ki, hadisə şəhərin 47-ci məhəllə ərazisindəki yaşayış binalarının birində qeydə alınıb. Partlayış nəticəsində 1994-cü il təvəllüdlü Verdiyev Elçin Varyat oğlu və 1973-cü il təvəllüdlü İxtiyarov İxtiyar Ağayar oğlu xəsarət alıb. Onlar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
