Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 13 mart 2026-cı il tarixində keçirilmiş plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı barədə çıxışı
Hörmətli cənab Baş nazir və hökumət üzvləri! Hörmətli deputatlar! Xanımlar və cənablar! Milli tariximizə “Konstitusiya və Suverenlik İli” kimi daxil olan 2025-ci il Azərbaycan dövlətinin siyasi və hüquqi yetkinliyinin rəmzinə çevrilmiş, eyni zamanda, ölkəmizin ardıcıl və dinamik inkişafında yeni mərhələ təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti həm ölkə daxilində, həm
