Bakının bu rayonlarında üç saat işıq olmayacaq
Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində bu gün elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə Gundelik.az-a “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi propekti, Əsəd Əhmədov, Abbas Mirzə Şərifzadə küçələrinin bir hissəsində elektrik
