Azərbaycandakı bütün siyasi partiyalar maliyyə hesabatını MSK-ya təqdim edib
Azərbaycanda qeydiyyata alınmış bütün siyasi partiyalar 2025-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Gundelik.az xəbər verir ki, bu barədə MSK-dan bildirilib. Qeyd edilib ki, partiyaların maliyyə hesabatları qurumun rəsmi saytına yerləşdirilib. Xatırladaq ki, Azərbaycanda dövlət qeydiyyatına alınmış 26 siyasi partiya fəaliyyət göstərir.
