Dövlət torpaqlarını qanunsuz satmaqda təqsirləndirilən 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərildi
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Bu barədə Gundelik.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, cinayət işi həmin nazirliyin tabeliyində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin istifadəsində olan, Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən dövlət
