Kim Çen In vəzifəsində qalacaq
Şimali Koreyanın əsas qanununa edilən yeni düzəlişlərə əsasən, Kim Çen In nüvə silahından istifadə hüququna sahib olan ölkə rəhbəri statusunda yenidən öz postunda qalacaq. Gundelik.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi rəsmi sənədlərə istinadən məlumat paylaşıb. Bildirilir ki, KXDR Konstitusiyasının yenilənmiş versiyası Dövlət İşləri sədri kimi Kim Çen Ina nüvə arsenalını işə salmaq səlahiyyəti verir.
