Ərdoğan: Qazaxıstan neftini Türkiyə üzərindən dünyaya çatdırmaq istəyirik
Rəcəb Tayyib Ərdoğan ilə Kassym-Jomart Tokayev arasında Astanada keçirilən görüşdə əsas diqqət enerji, ticarət və Orta Dəhliz layihələrinə yönəldi. Ərdoğan çıxışında bildirib ki, Qazaxıstan neftinin daha böyük hissəsinin Türkiyə üzərindən dünya bazarlarına çatdırılması hədəflənir. O, xüsusilə Xəzər üzərindən keçən “Orta Dəhliz”in həm ticarət, həm də enerji daşımalarında strateji əhəmiyyətinin artdığını vurğulayıb. Görüş zamanı: enerji və
