Qarabağ Universitetinə qəbul planı açıqlandı
“Bu il Qarabağ Universitetinə 1300-1400 nəfərin qəbul olunmasını planlaşdırırıq”. Gundelik.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib. O bildirib ki, bu il tələbə sayının 2500 nəfərə çatması praqnozlaşdırılır. Gundelik.az
