İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Türkiyə Rusiya-Ukrayna danışıqlarının təfərrüatlarını açıqlayıb

Türkiyə Rusiya və Ukraynanın İstanbulda danışıqlar aparmasını gözləyir, lakin görüşün gündəmini birbaşa iştirakçılar müəyyən edir.

Gundelik.az xəbər verir ki, bu barədə “RİA Novosti” Ankaradakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

“Gündəmi tərəflər özləri müəyyən edir. Türkiyə vasitəçilik edir, münaqişənin həllinə qapı açır və danışıqların qana son qoyacağını gözləyir”, – mənbə qeyd edib.

Daha əvvəl Lenta.ru ilə söhbətində politoloq və Türkiyənin Moskvadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezər bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda təklif etdiyi danışıqlar mayın 15-də NATO üzvü olan ölkələrin xarici işlər nazirliklərinin rəhbərlərinin Türkiyədə keçiriləcək görüşü zamanı baş tutacaq və bu, Moskvaya əlavə üstünlük verir.

Gundelik.az