525 nömrəli marşrutda Çin istehsalı olan avtobuslar istismara verilib
Abşeron rayonunun Masazır kəndini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 525 nömrəli marşrutda Çinin “King Long” markalı 10 avtobusu istismara verilib. Gundelik.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata əsasən, 2025-ci ilin istehsalı olan müasir və komfortlu avtobuslar ekoloji cəhətdən təmiz CNG
