18 ədəd F-16-nı 1 avroya satdılar
Niderland Rumıniyaya simvolik qiymətə 18 ədəd F-16 qırıcı təyyarəsi satıb. Gundelik.az APA-ya istinadla xəbər verir ki, qırıcıların qiyməti 1 avro həcmində dəyərləndirilib. Onların Rumıniyada fəaliyyət göstərən və ukraynalı hərbi pilotların hazırlığını həyat keçirən Təlim Mərkəzində istifadə olunacağı bildirilib. Qeyd olunub ki, hazırda Rumıniyanın Hərbi Hava Qüvvələrinin sərəncamında olan F-16-ların sayı 70 ədəd təşkil edir. Gundelik.az
