Alovlar anbardan binalara keçdi
İstanbulun Esenler rayonunda anbarda baş verən yanğın 3 binanın xarici fasadına və bir binanın damına sıçrayıb. Yanğın yanğınsöndürənlərin gərgin səyləri nəticəsində söndürülüb. Hadisə nəticəsində anbar tamamilə yanaraq külə dönüb, binalara isə maddi ziyan dəyib. Atışalanı məhəlləsinin Gaye küçəsində yerləşən, içərisində iplik rulonları və köhnə əşyaların olduğu anbarda hələlik məlum olmayan səbəbdən yanğın başlayıb. Qısa müddətdə
