AMB onlara məcburi sərəncam verdi
“Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta” şirkətləri müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanması qaydasını pozub. Mərkəzi Bankdan Gundelik.az-a verilən məlumata görə, AMB bununla bağlı monitorinq keçirib. Məlum olub ki, hər iki şirkət “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə riayət etməyib. AMB bunu nəzərə alaraq sığorta şirkətlərinə icrası məcburi sərəncam verib. Gundelik.az
