Sabah 40 dərəcə isti olacaq
Azərbaycanda iyulun 15-də havanın yağmursuz keçəcəyi, 40 dərəcə isti olacağı gözlənilir. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 35-40 % olacaq.
