Musiqi sənətindən nəzəriyyə fənləri üzrə test imtahanı keçiriləcək
27 iyul 2025-ci il tarixində Musiqi sənəti istiqaməti üzrə ixtisas imtahanlarında uğur qazanan abituriyentlər üçün nəzəriyyə fənləri üzrə test imtahanı keçiriləcək. Bu barədə Gundelik.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlar Harmoniya və solfecio, Musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə keçirilir. Test imtahanı Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
