İyul 8, 2026
Baku

İqtisadiyyat

İqtisadiyyat Xəbərlər

İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var

Azərbaycanın sabit, uğurlu inkişafı var. Gundelik.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, bu, həyata keçirdiyimiz milli maraqlara əsaslanan siyasətin, qlobal səhnədə bütün iştirakçılarla olan münasibətlərin inkişafının və bizim uğurlu inkişafımızın nümayişidir.

Read More
İqtisadiyyat Xəbərlər

Prezidentin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir. Gundelik.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Əvvəlcə birgə foto çəkdirilib.

Read More
İqtisadiyyat Xəbərlər

“Azərbaycan Dəmir Yolları”nın borcunu dövlət ödəməli oldu

“Azərbaycan Dəmir Yolları” QSC dövlət zəmanəti ilə aldığı borclara görə ötən il ödəniş edə bilməyib. Gundelik.az xəbər verir ki, bu barədə Yurd.Media-ya qurumdakı mənbə bildirib. Onun sözlərinə görə, əvəzində Maliyyə Nazirliyi əsas borc ödənişinə 139,9 milyon manat, faiz ödənişinə isə 18,9 milyon manat yönəltməli olub.

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycanın Ermənistana builki ixracının dəyəri 11 milyon dolları keçib

Bu ilin yanvar-may aylarında Azərbaycan Ermənistana 11 milyon 273 min ABŞ dolları dəyərində mal ixrac edib. Bu barədə Gundelik.az-a Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bunun 1,627 milyon dollarlıq hissəsi may ayının payına düşüb. 5 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.

Read More
İqtisadiyyat Xəbərlər

Hesablama Palatası: Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb

2025-ci ildə Azərbaycanda tikinti sektoru 0,4 % kiçilib. Halbuki ilin əvvəlində sektorda 4,8 % artım proqnozlaşdırılıb, sonradan bu göstərici 7,9 %-ə yüksəldilib. Gundelik.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir. Sənədə əsasən, ötən il qeyri-neft-qaz sektorunda qeydə alınmış 2,7 % artıma əsas töhfə nəqliyyat və ticarət sahələrindən gəlib. Tikinti sektoru isə qeyri-neft-qaz

Read More
Dünya İqtisadiyyat Xəbərlər

ABŞ və İran razılaşması fonunda dollar ucuzlaşır

ABŞ və İran arasındakı razılaşma xəbərlərinə, investorların əhvali-ruhiyyəsinin yaxşılaşmasına və neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, dolların məzənnəsi eniş nümayiş etdirir. Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Agentliyin məlumatına əsasən, neft kotirovkalarının düşməsi inflyasiya təzyiqini azaldır və bu amil də Amerika valyutasının dinamikasına öz təsirini göstərir. Bununla yanaşı, “Bloomberg” dolların ucuzlaşmasının məhdud xarakter

Read More
Dünya İqtisadiyyat Xəbərlər

Dünya bazarında neft ucuzlaşıb

ABŞ və İran arasında sülh sazişinin əldə olunduğu barədə yayılan məlumatlardan sonra qlobal bazarda neft kəskin ucuzlaşıb. Gundelik.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə “Brent” markalı neftin füçersləri 4.09 dollar (4.68%) ucuzlaşaraq bir barel üçün 83.24 dollar olub. Əvvəlki sessiyada isə

Read More
İqtisadiyyat Müsahibə

İqtisadçıdan vacib mesaj: Yeni iş yerləri hansı sahələrdə yaranacaq?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı, regionlarda yeni iş yerlərinin yaradılması və qlobal iqtisadi proseslərin ölkəyə təsiri son illərin ən çox müzakirə olunan mövzularındandır. Bu istiqamətlərdə həyata keçirilən islahatlar iqtisadiyyatın şaxələndirilməsi və davamlı inkişafın təmin olunmasına xidmət edir. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Gundelik.az-a müsahibəsində məşğulluğun artırılması imkanlarından, regionların sosial-iqtisadi inkişafında mövcud problemlərdən və dünya

Read More
Dünya İqtisadiyyat Xəbərlər

“Xiaomi”nin xalis mənfəəti azalıb

Çinin istehlakçı elektronikası istehsalçısı “Xiaomi” bu ilin birinci rübündə xalis mənfəətini azaldıb. Gundelik.az xəbər verir ki, bu barədə “Xiaomi”nin açıqlamasında deyilir. Məlumata görə, yanvar-mart aylarında gəlir 14,59 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 11% çoxdur.  Son rübdə xalis mənfəət 10,89 milyard yuandan 4,73 milyard yuana düşüb.  Ötən rübdə şirkət 33,8 milyon smartfon

Read More
Dünya İqtisadiyyat Xəbərlər

Media: Hindistanın neft ehtiyatı tükənir

Hindistanın 78 günlük strateji neft, benzin, dizel yanacağı və təbii qaz ehtiyatları qalıb. Bu barədə Gundelik.az “The Times of India”ya istinadən xəbər verir. Hazırda Hörmüz boğazının blokadası səbəbindən Fars körfəzində təxminən 37 Hindistan bayrağı altında üzən gəmi qalıb. Qeyd edilib ki, blokada aradan qaldırıldıqdan sonra Gəmiçilik Nazirliyi bütün gəmilərin boğazdan beş-altı gün ərzində keçməsini təmin etməyə

Read More