Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Gürcüstan parlamentinin Hüquqi Məsələlər Komitəsi “Gürcü Arzusu” fraksiyası tərəfindən irəli sürülən qanunvericilik təşəbbüsü çərçivəsində “Qrantlar haqqında” və əlaqəli digər qanunlara təklif olunan dəyişikliklər paketini birinci oxunuşda müzakirə edərək dəstəkləyib. Gundelik.az xəbər verir ki, parlamentin yaydığı məlumata görə, dəyişikliklər “qrant” anlayışını genişləndirir və dəqiqləşdirir. Yeni tərifə əsasən, qrant – Gürcüstan hökumətinə, dövlət qurumlarına və ya cəmiyyətin
