Sahibə Qafarova çinli nazirlə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Dövlət İnternet-informasiya Ofisinin naziri Cuan Junvenin rəhbərlik etdiyini nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Gundelik.az-a verilən məlumata görə, görüşdə strateji tərəfdaşlıq mərhələsinə yüksəlmiş Azərbaycan ilə Çin əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Bildirilib ki, dostluq, qarşılıqlı hörmət və dəstək
