İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

İran Hörmüz boğazından keçid üçün ilk ödənişi alıb

Hörmüz boğazından keçən gəmilər üçün rüsumların tətbiqindən bəri ilk ödəniş İran Mərkəzi Bankına daxil olub

Gundelik.az xəbər verir ki, bu barədə İran Parlamentinin sədr müavini Həmid Rza Hacı Babai bildirib.

“Hörmüz boğazından keçid üçün rüsumlardan əldə edilən ilk gəlirlər Mərkəzi Bankın hesabına köçürülüb”, – deyə o qeyd edib.

Hesabatda ödənişin məbləği və ya neçə gəminin ödəniş etdiyi göstərilmir.