Diplomatik korrespondensiyanın daşınması qaydası təsdiqləndi
Diplomatik korrespondensiyanın daşınması qaydası təsdiqlənib. Gundelik.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu Qayda “Feldyeger rabitəsi haqqında” qanunun 3.2-ci maddəsinə əsasən hazırlanıb və diplomatik korrespondensiyaların Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Azərbaycan ərazisində və onun hüdudlarından kənarda daşınması qaydasını müəyyən edir./report Gundelik.az
