Hikmət Hacıyev: Biz Tramp administrasiyasının tam dəstəyinə malikik
Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə sadiqlik nümayiş etdirib. Gundelik.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Washington Times” qəzetinə deyib. Nəşrin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu işlərinə, ABŞ Konqresində 907-ci düzəlişin ləğvinə doğru atılan addımlara, rəsmi Bakının Rusiya ilə
