Azərbaycan və ABŞ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir
Səhiyyə naziri Teymur Musayev ABŞ Ticarət Palatasının üzvləri ilə görüş keçirib. Bu barədə Gundelik.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan ilə ABŞ arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər səhiyyə sisteminin modernləşdirilməsi, innovativ tibbi texnologiyaların tətbiqi, əczaçılıq sənayesində və tibb təhsili istiqamətində əməkdaşlıq mövzularına toxunublar. Prezidentinin rəhbərliyi altında
