İyul 8, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

Azərbaycanda bu şəxslər evlə təmin olunacaq

Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri daim dövlətin diqqət mərkəzindədir. Gundelik.az-ın əldə etdiyi məlumata görə, növbəti dəfə bir sıra əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri mənzillə təmin olunacaqlar. Belə ki, bu şəxslər üçün Ağstafa rayonunda 3 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı mənzillərin satın alınması işlərinə başlanılır. Artıq bununla bağlı Əmək və Əhalinin

Read More
Ölkə Xəbərlər

Azərbaycanda 18 illik ASC bağlanır

“Oğuz-Məişət” Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv olunur. Gundelik.az-ın əldə etdiyi məlumata görə, bu barədə ASC özü elan edib. Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ4800 Oğuz şəhəri, Əzizbəyov küçəsi, ev 7, mənzil 7 ünvanına bildirə bilərlər. Qeyd edək ki, sözügedən ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 27 224 manat olan ASC-nin qanuni

Read More
Ölkə Xəbərlər

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Aprelin 15-də avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması gözlənilir. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 15-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Azərbaycan Ordusunun qadın hərbçisi Kəlbəcərdə avtoqəzada ölüb

Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib. Gundelik.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı

Read More
Ölkə Xəbərlər

Dilarə Əliyeva işdən çıxdı

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında direktor vəzifəsində çalışan Dilarə Əliyeva yaşı ilə əlaqədar öz istəyi ilə vəzifəsindən azad edilib.  Gundelik.az xəbər verir ki, bu barədə filarmoniyanın məlumatında bildirilib. Qeyd edək ki, D.Əliyeva 2012-ci ildən Uşaq Filarmoniyasına rəhbərlik edib. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Bu imtahanın nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi tərəfindən 13 aprel 2025-ci il tarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib. Gundelik.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanda iştirak edənlər DİM-in saytı vasitəsilə nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər: “İştirakçılar imtahan nəticələri haqqında məlumatı, həmçinin

Read More
Ölkə Xəbərlər

30 yaşı keçənlərə hərbi xidmətlə bağlı niyə mesaj göndərilir?

Xəbər verdiyimiz kimi, Azərbaycanda həqiqi hərbi xidmətkeçmədə son yaş həddi 35-dən 30-a endirilib. Gundelik.az Ölkə.az-a istinadla xəbər verir ki, buna baxmayaraq 30 yaşı keçənlərə hərbi xidmətlə bağlı mesaj gəlməsi insanlar arasında bir qədər çaşqınlıq yaradıb. Buna səbəb isə mesajlarda çağırışın səbəbinin qeyd olunmamasıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daha əvvəl mesajlara aydınlıq

Read More
Ölkə Xəbərlər

MN: Mədəniyyət mərkəzinə atəş açılması barədə Ermənistanın yaydığı məlumat yalandır

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır. Müdafiə Nazirliyindən Gundelik.az-a verilən xəbərə görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə heç bir atəş açılmayıb. “Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki

Read More
Ölkə Xəbərlər

Azərbaycan və Kamboca ikiqat vergitutmanı aradan qaldırır

Kambocanın paytaxtı Pnompendə Azərbaycanla bu ölkə arasında gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, vergidən yayınmanın qarşısının alınması haqqında saziş layihəsi üzrə danışıqların 1-ci mərhələsi keçirilib. Gundelik.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, Azərbaycandan danışıqlarda qurumun ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Kambocadan isə Maliyyə və İqtisadiyyat

Read More
Ölkə Xəbərlər

Azərbaycanın bu rayonunda 900-ə yaxın abonent qazsız qalacaq

Sabah Bərdə şəhərinin bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq. Bu barədə Gundelik.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, aprelin 15-də saat 11:00-da Bərdənin Koroğlu küçəsindən Gəncə küçəsinə qədər təmir işlər aparılacaq. Tərtər Regional Qaz İstismar İdarəsinin Bərdə xidmət sahəsində xidməti ərazisində yerləşən “Bərdə” qazpaylayıcı stansiyasından qidalanan adıçəkilən küçələrdə yeni

Read More