İyul 8, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb

Aprelin 16-sı saat 06:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir və küləyin maksimal sürəti 33 m/s-yə çatır. Bu barədə  Gundelik.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, Xəzər dənizində dalğanın hündürlüyü 3 metrdir. Gundelik.az

Read More
Ölkə Xəbərlər

“Aqrarkredit”ə məxsus evlər satışa çıxarılır – QİYMƏTLƏR

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (BOKT) balansında olan əmlaklar satışa çıxarılır. Gundelik.az-ın əldə etdiyi məlumata görə, hərracın mayın 14-də saat 11:00-da keçirilməsi nəzərdə tutulub. Məlumata əsasən, satışa çıxarılacaq 18 fərdi yaşayış evi və torpaq sahələrinin start qiyməti 5 350 manatdan başlayaraq 139 500 manatadək dəyişir. Hərraca çıxarılan “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank

Read More
Ölkə Xəbərlər

Polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür – DİN

Polis əməkdaşları hərəkət iştirakçılarının getdikləri ünvana təhlükəsiz şəkildə çatması üçün hazırda gücləndirilmiş rejimdə xidmətlərini paytaxt və bölgələrdə davam etdirirlər.   DİN-dən Gundelik.az-a bildirilib ki, hava şəraitinin yarada biləcəyi fəsadların qarşısının alınması və vaxtında aradan qaldırılması məqsədi ilə aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür, operativ tədbirlər həyata keçirilir. Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə

Read More
Ölkə Xəbərlər

Bakının bu qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

Bakının Xəzər rayonunun Qala qəsəbəsində Xaşaxuna massivi sakinlərinin müraciətləri nəzərə alınaraq, 141E nömrəli müntəzəm marşrutun hərəkət sxemi bir istiqamət üzrə 4 kilometr uzadılıb. Gundelik.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Dəyişiklik nəticəsində “Koroğlu” NMM – Qala qəsəbəsi istiqamətində sərnişinlərin ictimai nəqliyyata çıxış imkanları əhəmiyyətli

Read More
Ölkə Xəbərlər

Yanğın baş verən küçədə hərəkətə məhdudiyyət qoyuldu

Xətai rayonu, Xudu Məmmədov küçəsi ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğın səbəbindən qeyd olunan kəsişmədən Sadıqcan küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Gundelik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Gundelik.az

Read More
İqtisadiyyat Ölkə Xəbərlər

2026-2029-cu illərdə manatın məzənnəsi belə olacaq

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb. Gundelik.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi qeyd edib. Qeyd edilib ki, proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123 milyard manata, xərclərinin isə 119,4 milyard manata qədər yüksəlməsi gözlənilir. Gundelik.az

Read More
Ölkə Siyasət Xəbərlər

Bələdiyyələr torpaqları qiymətləndirə bilməyəcəklər

Prezident İlham Əliyev “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliklər ilə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinın satışı, eləcə də hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiymətinin müəyyən olunması sahəsində yeni səlahiyyət müəyyənləşib. Gundelik.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. O qeyd edib ki, yeni dəyişikliklərə əsasən,

Read More
Ölkə Xəbərlər

Bakıda iki metro stansiyasını birləşdirəcək tunel tikintisində obyektlər söküləcək?

“Bakı Metropoliteni” QSC-nin “qırmızı” və “yaşıl” xətlərin ayrılması çərçivəsində bu il “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik tunel tikiləcək. Maraqlı suallardan biri odur ki, sözügedən tunel tikilərkən hansısa tikilinin plana düşməsi, sökülməsi, yerinin dəyişdirilməsi nəzərdə tutulubmu? “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bu fikirləri səsləndirib: “Qeyd edilən

Read More
Ölkə Xəbərlər

Kartofun bahalaşma səbəbi NƏDİR?

“Qiymətlərdəki artım kartof ehtiyatının qurtarması ilə əlaqədardır”. Gundelik.az ajans.az-a istinadla xəbər verir ki, bunu iqtisadçı Akif Nəsirli deyib. O bildirib ki, kartof və soğanın qiyməti hər il fevral və ya mart ayından bahalaşmağa başlayır. “Bu da ölkədə kartof ehtiyatının qurtarması ilə bağlıdır. Üstəlik bu dönəm elə bir dönəmdir ki, qarşıdakı həftələrdə ölkənin cənubunda kartofun çıxma

Read More
Ölkə Xəbərlər

“Füzulidən geri çəkiləndə məxfi sənədlər qaldı” – Cəlal Arutyunyanın məhkəməsi

Ermənistanda qondarma xunta rejiminin keçmiş “Müdafiə Ordusu”nun komandiri Cəlal Arutyunyanın məhkəmə prosesi davam etdirilib.  Gundelik.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Arutyunyanın vəkilləri məhkəmədə bildirib ki, “Tsori” hərbi hissəsinin D-20 artilleriya diviziyasının komandanlığı 44 günlük müharibə zamanı ciddi səhvlərə yol verib: “Bölmə dəfələrlə öz mövqelərini tərk edərək yuxarı komandanlıqla əlaqələndirilmədən geri çəkilib.

Read More