Tibb mütəxəssislərinin təkmilləşdirilməsi üçün yeni qayda
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin biliyi sertifikasiya imtahanı ilə yanaşı davamlı peşəkar inkişafı da (DPİ) qiymətləndiriləcək. Gundelik.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib. Layihə Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq səhiyyə
