İyul 9, 2026
Baku

Ölkə

İdman Ölkə Xəbərlər

Nazir aparat rəhbəri və müşavir təyin etdi

Gənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub. Gundelik.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmrlər imzalayıb. Əmrə əsasən, Elşad Məmmədov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub. Bundan əlavə, indiyədə qədər Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Fərid Məmmədzadə Aparat rəhbəri təyin edilib.

Read More
Ölkə Xəbərlər

Sabah 25 dərəcə isti olacaq

Azərbaycanda aprelin 24-də havanın 25 dərəcə isti olacağı gözlənilir. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi

Read More
Ölkə Xəbərlər

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Gundelik.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, hazırda hər hansı tibb müəssisəsinə yeni təyinat həyata keçirilməyib. Qeyd edək ki, tibb müəssisəsində direktorun vəzifəsinə xitam verildiyi halda, onun səlahiyyətləri müvəqqəti olaraq direktor müavinlərindən birinə həvalə olunur. Bu halda tibb müəssisəsinin direktor müavinləri və ya

Read More
Ölkə Xəbərlər

Metroda baş verən hadisə ilə bağlı vətəndaşlara kompensasiya ödəniləcək? – RƏSMİ AÇIQLAMA

Metroda aprelin 21-də baş vermis hadisə ilə əlaqədar kompensasiya və güzəşt məsələləri ilə bağlı qərarlar mövcud qaydalara uyğun araşdırmanın nəticələrinə əsasən, müvafiq qurumlarla razılaşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək. Bu barədə Gundelik.az-ın sorğusuna əsasən, “Bakı Metropoliteni” QSC-dən bildirilib. Bildirilib ki, baş vermis hadisə ilə bağlı texniki araşdırma Bakı metropoliteninin bütün rəhbər heyətinin birbaşa iştirakı ilə

Read More
Ölkə Xəbərlər

Kürdə vəziyyət necədir? – AÇIQLAMA

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Kür çayının daşması ilə bağlı məlumatlara aydınlıq gətirib. Gundelik.az xəbər verir ki, qurum məsələ ilə bağlı açıqlama yayıb. “Kür çayının Zərdab rayonunun Şıxbağı, Əlibəyli və Mehdilər kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini su basdığı barədə məlumat verilib. Məsələ ilə əlaqədar bildiririk

Read More
Ölkə Xəbərlər

Laçın kanat yolunun inşası bu ilin sonuna qədər tamamlanacaq

Laçın şəhərində inşa olunan kanat yolunun bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Gundelik.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata

Read More
Ölkə Xəbərlər

Bakıda və rayonlarda dumanlı hava müşahidə edilir – FAKTİKİ HAVA

Hazırda ölkə ərazisinin bəzi yerlərində duman müşahidə olunur. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, Quba, Qusar, Şabran və Saatlıda görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşır. Dumanlı hava şəraitinin aprelin 23-24-də fasilələrlə davam edəcəyi gözlənilir.

Read More
Ölkə Xəbərlər

FHN gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyinin bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Gundelik.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd

Read More
Ölkə Xəbərlər

Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon manat xərclənəcək

Astara rayonunun Siyəkü, Pensər və Şiyəkəran kəndlərində yaşayış evlərinin, həyətyanı və təsərrüfat sahələrinin Pensərçayın sel və daşqın sularından mühafizəsi tədbirlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub. Gundelik.az xəbər verir ki, ADSEA-nın Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı müvafiq hazırlıq işlərini yekunlaşdırıb. Məlumata əsasən, qurum bu işləri “Teymur-M” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Sözüngedən

Read More
Ölkə Xəbərlər

Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib

Lənkəran rayonu ərazisindəki Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib. Gundelik.az-ın məlumatına görə, rayonun dağlıq və dağətəyi ərazisində yerləşən Hirkan-Daştatük-Biləsər yolunda sürüşmə zolağı genişlənib. Nəticədə bir neçə kəndin rayon mərkəzinə çıxışını təmin edən həmin yolun hərəkət zolağında çökmələr əmələ gəlib, nəqliyyatın hərəkəti üçün ciddi təhlükə yaranıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ərazinin nəzarətdə saxlanıldığı,

Read More