Abituriyentlər ixtisas seçimində nələrə diqqət etməlidir? – AÇIQLAMA
“İxtisas seçimi zamanı abituriyentlərin ən çox buraxdığı səhv məlumatları araşdırmadan, təsadüfi seçim etmələridir. Azərbaycanda qəbul imtahanı nəticəsində əldə olunan bal hələ uğurlu gələcəyin təminatı deyil”. Bunu “Unikal”a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, seçim zamanı təhsil müəssisəsinin keyfiyyəti, məzunlarının işlə təminat göstəriciləri, təhsil proqramlarının məzmunu, beynəlxalq əməkdaşlıq imkanları, təcrübə və təlim proqramlarının mövcudluğu
