Ev kirayəsi ilə bağlı dələduzluq halları artır: Nə etmək lazımdır? – VİDEO
Kirayələmək istədiyi evə görə 240 manat ziyana düşüb. Söhbət paytaxt sakini Aruz Əliyevdən gedir. Onun sözlərinə görə, elan saytında görüb, bəyəndiyi ev üçün göndərdiyi 240 manat behi batıb. Başqa sözlə, elan sahibi onu aldadıb. Aruz məsələ ilə bağlı 102 qaynar xəttinə, həmçinin Nərimanov rayon 17-ci polis bölməsinə müraciət edib. Onun şikayətinin əsaslı şəkildə araşdırılacağı deyilib.
