Antonio Koşta İlham Əliyevə zəng etdi – Vaşinqton görüşü müzakirə olundu
Avqustun 14-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Gundelik.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edilib ki, Antonio Koşta Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması və regional nəqliyyat dəhlizi ilə əlaqədar
