İyul 14, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

Naxçıvanda Maliyyə Nazirliyinə aparat rəhbəri təyin olunub

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat rəhbəri təyin olunub. Gundelik.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR maliyyə naziri Həsən İsmayılov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hacıyev Nurlan Rauf oğlu Nazirliyin aparat rəhbəri vəzifəsinə təyin edilib. Qeyd edək ki, 40 yaşlı N.Hacıyev 2017-ci ildən Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Yeddi illik şirkət bağlanır

“Soft Group Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir. Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib. Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini 1029 Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr. 152., Çinar Plaza, ev 152, mənzil 9 ünvanına bildirə bilərlər. Sözügedən MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 manat olan şirkətin

Read More
Ölkə Xəbərlər

Dövlət bu şəxsləri evlə təmin edəcək

Azərbaycanda təbii hadisələrdən zərər görmüş şəxslərin evlə təminatı davam etdirilir. Gundelik.az-ın məlumatına görə, bu dəfə respublika ərazisində 15-16 avqust 2025-ci il tarixlərində baş vermiş intensiv yağışlar nəticəsində yaranmış sel sularının ziyan vurduğu Xaçmaz və Xızı rayonlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evləri tikiləcək. Belə ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikilməkdə olan

Read More
Ölkə Xəbərlər

Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olundu

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərinə yeni rəhbər təyinatları həyata keçirilib. Gundelik.az xəbər verir ki, nazirlik tərəfindən təşkil olunmuş açıq müsabiqənin nəticələrinə əsasən test və müsahibə mərhələlərindən uğurla keçmiş 19 namizəd rəhbər vəzifələrə irəli çəkilib. Təyinatların bölgüsü belədir: Bakı şəhəri: 7 məktəbə direktor, 4 məktəbə direktor müavini; Regionlar: 7 məktəbə

Read More
Ölkə Xəbərlər

DOST Mərkəzində yanğın baş verdi

Xırdalan şəhərində inzibati binada baş verən yanğın söndürülüb. Bu barədə Gundelik.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində

Read More
Ölkə Xəbərlər

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 62 kq narkotik vasitə aşkarlandı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması məqsədi ilə sərhədyanı bölgələrdə əməliyyatlar davam etdirilir. DİN-dən Gundelik.az-a verilən məlumata görə, Lənkəran rayonunda keçirilən növbəti əməliyyat zamanı 1978-ci il təvəllüdlü, Lerik rayon sakini Nazim Fərəcov tutulub. Ondan 62 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana

Read More
Ölkə Xəbərlər

Ağdamda bu evlərin əsaslı təmirinə başlanılır

Ağdam rayonunun Quzanlı qəsəbəsində “Daş evlər” adlanan ərazidə fərdi yaşayış evləri əsaslı təmirinə başlanılır. Gundelik.az-ın məlumatına görə, Ağdam Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı müvafiq işlərə yekun vurub. RİH sözügedən işlərin icrasını “FEB-222 TİXS” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, MMC-yə 170 003 manat ödənilib. İşlərin həvalə olunduğu “FEB-222 TİXS” MMC 2017-ci ildə

Read More
Ölkə Xəbərlər

Qubaya film çəkmək üçün gedən çəkiliş heyətinin avtomobili dərəyə aşıb, ölən və yaralanan var – YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun Qrız kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-nin yanğınsöndürən xilasedici qüvvələri cəlb edilib. Avtomobildə sıxılı vəziyyətdə qalan şəxsin meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. *** Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gundelik.az xəbər verir ki,

Read More
Ölkə Xəbərlər

Azərbaycanda gənclərin sayı açıqlandı

Ölkə əhalisinin 2.3 milyon nəfərini və 22.5 faizini gənclər təşkil edir. Gundelik.az xəbər verir ki, bu, gənclərin 52.9 faizi şəhər yerlərində, 47.1 faizi isə kənd yerlərində yaşayır. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Dövlət qurumlarına məxus avtomobillər satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarına məxsus bir sıra nəqliyyat vasitələri hərraca çıxarılır. Gundelik.az-ın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumatına görə, hərraca çıxarılacaq nəqliyyat vasitələri Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər Müdiri və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsusdur. Məlumata əsasən, siyahıda ümumilikdə 29 ədəd nəqliyyat vasitəsi yer alıb.

Read More