İyul 14, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

Batma təhlükəsi ilə üzləşən 26 yaşlı qadın xilas edildi

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 26 yaşlı qadın xilas edilib. Bu barədə Gundelik.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib və

Read More
Ölkə Xəbərlər

Lənkəranda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi

Lənkəran rayonunun Haftoni qəsəbəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gundelik.az-a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Nazim Babayev tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb. N.Babayev barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə göndərilib. Gundelik.az

Read More
Ölkə Xəbərlər

İlham Əliyev Paşinyanla görüşdü

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb. Gundelik.az xəbər verir ki, liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son

Read More
Ölkə Xəbərlər

“Naxtel” fəaliyyətini dayandırır

“Naxtel” MMC telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracaq. Gundelik.az xəbər verir ki, “Naxtel” MMC 01 dekabr 2025-ci ildən etibarən telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracaq. Şirkət bununla bağlı sosial şəbəkə hesablarında rəsmi açıqlama yayıb. Açıqlamada  qeyd olunur ki, abunəçilər hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 01 oktyabr – 01 dekabr

Read More
Ölkə Xəbərlər

Avtobuslarda gediş haqqı artırılır? – Rəsmi cavab

İctimai nəqliyyatda gediş haqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib. Gundelik.az xəbər verir ki, bu barədə APA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd edək ki, son dövrlər mətbuatda və sosial şəbəkələrdə ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə fikirlər səsləndirilir. Lakin dövlət

Read More
Ölkə Xəbərlər

Qaraçuxurda hərbi sursat tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.A.Şadlınski küçəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Gundelik.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq

Read More
Ölkə Xəbərlər

Prezident Şahbaz Şəriflə görüşdü – YENİLƏNDİ

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub. Gundelik.az xəbər verir ki, Məhəmməd Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlətimizin başçısına bir daha təşəkkürünü

Read More
Ölkə Xəbərlər

Əli Əsədov sərəncam imzaladı

Nazirlər Kabineti “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” ölkə Prezidentinin 30 may 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə 18 iyun və 24 iyun 2025-ci il tarixli sərəncamlarında dəyişiklik edib. Gundelik.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam

Read More
Ölkə Xəbərlər

İlham Əliyevin Maldiv Prezidenti ilə görüşü oldu

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşü olub. Gundelik.az xəbər verir ki, Maldiv Prezidenti COP29 çərçivəsində Azərbaycana səfərini və dövlətimizin başçısı ilə görüşü zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, COP29 konfransının yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi. Prezident İlham Əliyev də öz növbəsində Məhəmməd Muizzu ilə

Read More
Ölkə Xəbərlər

Vəkilliyə qəbulla bağlı imtahana elektron müraciət başladı

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu 1 sentyabr 2025-ci il tarixindən başlayıb.   Bu barədə Gundelik.az-a kollegiyadan məlumat verilib. Bildirilib ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur. Qaydalara əsasən, elektron müraciət etmək istəyən namizədlər VK-nın rəsmi internet səhifəsindəki “Vəkilliyə qəbul” bölməsinə (https://barassociation.az/candidate-login) daxil

Read More