Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 26 yaşlı qadın xilas edilib.
Bu barədə Gundelik.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib və 1999-cu il təvəllüdlü Jalə Şakir qızı Rzayeva xilas edilib.
Gundelik.az
