“Ağdərə”də saxta araqlar aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Tərtər rayonunun Şıxarx qəsəbəsində fəaliyyət göstərən və Vəfa Əsəd qızı Nəbiyevaya məxsus olan “Ağdərə” restoranında yoxlama keçiriblər. Bu barədə Gundelik.az-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, baxış zamanı restoranda istehlaka təqdim olunan “Banketnaya” əmtəə nişanlı alkoqollu içkilərin saxta olduğu və mənşəyi məlum olmayan spirtdən hazırlandığı
