İyul 13, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

Zakir Həsənov italiyalı həmkarına başsağlığı verdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Quido Krosettoya başsağlığı verib. Gundelik.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Latsio regionundakı Çirçeo Milli Parkı yaxınlığında təlim uçuşları zamanı İtaliya Hərbi Hava Qüvvələrinin 70-ci Aviasiya alayına məxsus “T-260B” tipli təyyarənin qəzaya uğraması nəticəsində iki hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Read More
Ölkə Xəbərlər

AMB İran rialının məzənnəsinin açıqlanmasını dayandırdı

Azərbaycan Mərkəzi Bankı İran rialının məzənnəsinin açıqlanmasını dayandırıb. Gundelik.az xəbər verir ki, bu barədə APA-ya AMB-dən məlumat verilib. İran rialı üzrə ənənəvi istinad mənbələrindən məlumat əldə edilməsinin mümkün olmaması, həmçinin alternativ mənbələrin məhdudluğu və etibarlı olmaması nəzərə alınaraq, Mərkəzi Bank tərəfindən 01 oktyabr 2025-ci il tarixindən İran rialının manata qarşı rəsmi məzənnəsinin açıqlanması dayandırılıb. Qeyd

Read More
Ölkə Xəbərlər

Deputatın həyat yoldaşına yeni vəzifə verildi

Sabunçu rayonunun sabiq prokuroru İbrahim Ləmbəranski Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin müşaviri vəzifəsinə təyin edilib. Bu barədə Gundelik.az-a Dövlət Agentliyindən bildirilib. Məlumat üçün deyək ki, İ.Ləmbəranski tanınmış ictimai xadim Əliş Ləmbəranskinin nəvəsi, millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır. Gundelik.az

Read More
Ölkə Xəbərlər

İlham Əliyev və birinci xanım yeni parkın açılışında

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər. Gundelik.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verdi. Bildirildi ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində,

Read More
Ölkə Xəbərlər

“İqlim həm də imkanları ortaya çıxarır” – Muxtar Babayev

İqlimlə bağlı tendensiyalar müzakirə ediləndə həmişə təhlükələr önə çıxır. Daha çox “hansı təhlükələrlə üzləşə bilərik?”- bunun müzakirəsini aparırıq. Gəlin, imkanlardan da danışaq. Bir tərəfdən hansısa risk və çətinliklər əmələ gələndə digər tərəfdən də imkanlar ortaya çıxır. Gundelik.az xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev deyib. Muxtar Babayevin sözlərinə görə,

Read More
Ölkə Xəbərlər

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Gundelik.az-a verilən məlumata görə, sakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək.

Read More
Ölkə Xəbərlər

İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatdı

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri oktyabrın 1-də başa çatıb. Gundelik.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliya Prezidenti Sercio Mattarellanı Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Kəlbəcər və Şahdağa qar yağdı

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yüksək dağlıq ərazilərə-Kəlbəcər və Şahdağa isə qar yağıb. Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 13, Lerikdə 11, Daşkəsən, Oğuz, Qax (Sarıbaş), Gədəbəydə 9, Astara, Yardımlıda 7, Zaqatala, Göygöldə 6, Mingəçevirdə 5, Qusar, Şəmkir, Balakəndə 4,

Read More
Ölkə Xəbərlər

“Prokurorluğun fəaliyyətində müəyyən nöqsanlar var” – Kamran Əliyev

Prokurorluğun fəaliyyətində müəyyən nöqsan və qüsurlar var. Gundelik.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 1 Oktyabr Azərbaycan prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 107-ci ildönümünə həsr olunmuş tədbirdə deyib. O, prokurorluq orqanlarının fəaliyyətindəki mövcud nöqsanların aradan qaldırılması üzərində işlədiklərini vurğulayıb. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Xəzərin sahilində AES tikiləcək

Qazaxıstan daha üç ədəd AES tikmək niyyətindədir.  Gundelik.az xəbər verir ki, bu barədə Atom Enerjisi Agentliyinin sədri Əlmasadam Satkaliyev bildirib. Onun sözlərinə görə, iki AES Almatı vilayətində, daha biri isə Qərbi Qazaxıstanda, Xəzər dənizinin sahilində tikilə bilər: “Atom Sənayesinin İnkişafı üzrə Dövlət Komissiyasının iclasında Atom Elektrik Stansiyasının tikintisi üçün ikinci sahə kimi Almatı vilayətinin Jambil

Read More