37 aptekdə yoxlama aparılıb, nöqsanlar aşkarlanıb
Sentyabr ayında ümumilikdə 37 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 9-u Bakı şəhərində, 28-i isə digər rayonlarda keçirilib. Gundelik.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Aparılmış planlı və plandan kənar yoxlamalar nəticəsində 8 müxtəlif nöqsanlar faktı aşkar olunub. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə ümumilikdə 11 protokol tərtib edilib. Gundelik.az
