İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

37 aptekdə yoxlama aparılıb, nöqsanlar aşkarlanıb

Sentyabr ayında ümumilikdə 37 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 9-u Bakı şəhərində, 28-i isə digər rayonlarda keçirilib.

Gundelik.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Aparılmış planlı və plandan kənar yoxlamalar nəticəsində 8 müxtəlif nöqsanlar faktı aşkar olunub.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə ümumilikdə 11 protokol tərtib edilib.

Gundelik.az