İyul 11, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

Sabah Bakıya yağış, rayonlara qar yağacaq – PROQNOZ

Azərbaycanda dekabrın 26-da bəzi yerlərdə yağış və qar yağacağı gözlənilir. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimal var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə

Read More
İqtisadiyyat Ölkə Xəbərlər

Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır

Bu gündən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır. Gundelik.az AMB-yə istinadən xəbər verir ki, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Nişanın üzərində həmçinin “2025” istehsal ili əks olunub. Yenilənmiş 50 manatlıq əsginasın digər dizayn elementləri və texniki parametrləri hazırda

Read More
Ölkə Xəbərlər

“BakuBus” marşrut avtobusları üçün 1,2 milyon manata “moyka” tikəcək

Xırdalan şəhərində avtobus yuma stansiyası istifadəyə veriləcək. Bu barədə Gundelik.az AZCON Holdinqin şirkətlərindən olan “BakuBus” MMC-dən məlumat əldə edib. Məlumata görə, avtobus yuma stansiyası üç fırçalı nəzərdə tutulub. Yuma portalı bir boks içərisində polad rels üzərində hərəkət edən iki yan fırça, bir dam fırça və su sıçrama tentindən ibarət olacaq. Bir avtobusun yuma prosesi 3.5 dəqiqədən artıq olmayacaq.

Read More
Ölkə Xəbərlər

Bəzi yerlərə yağış yağıb – FAKTİKİ HAVA

Azərbaycanın əksər rayonlarda dekabrın 25-i saat 10:00-a olan məlumata əsasən hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Xaçmaz və Qubada 3, Şabran, Bakıda və Abşeron yarımadasında 2, Qusarda 1 mm-dir.

Read More
Ölkə Xəbərlər

Bu gündən “BakuBus”ın bütün avtobuslarında NFC sisteminin tətbiqinə başlanılıb

Dekabrın 25-dən Bakı şəhəri üzrə “BakuBus” MMC-yə məxsus bütün avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib. Gundelik.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən

Read More
Ölkə Xəbərlər

AZAL-ın təyyarəsinin qəzaya uğramasından bir il ötür

Bir il əvvəl, dekabrın 25-i 2025-ci ili qarşılamağa hazırlaşan Azərbaycan xalqı günortaya doğru gələn bir xəbərlə sarsılıb: “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib”. Hadisədən sonra verilən məlumatlarda bu zaman 38 nəfərin həlak olduğu, 29-nun yaralandığı bildirilib. Hadisəyə operativ reaksiya

Read More
Ölkə Xəbərlər

Hökümənin ən böyük arzusu Kəlbəcərdə evinin olması idi – Cəlil Əliyev

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür. “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Baş verən təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Həyatını itirənlərdən üçü ekipaj üzvü olub.

Read More
Ölkə Xəbərlər

Bakının 2 rayonunda qaz olmayacaq

Bu gün Bakının Sabunçu və Xətai rayonlarında bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Gundelik.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, saat 10:00-dan etibarən paytaxtın Sabunçu rayonu üzrə Kürdəxanı kəndinin, T.Adıgözəlov, M.Sənani, G.Qurbanova və Ə.Məlikov küçələrinin, Balaxanı, Sabunçu, Bilgəh qəsəbələrinin bir hissəsinin, Xətai rayonu üzrə isə M.Hadi, Şirvani,

Read More
Ölkə Xəbərlər

Azərbaycanda növbəti torpaq hərracları keçiriləcək

Yanvarın 28-də Azərbaycanın regionlarında 7 torpaq müsabiqəsi və 9 torpaq hərracı keçirəcək. Gundelik.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir. Məlumata görə, hərraclar Dövlət Xidmətinın Sumqayıt, Gəncə, Xaşmaz və Cəlilabad ərazi şöbələrində olacaq. Müsabiqə və hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 16 torpaq sahəsi çıxarılacaq. Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək

Read More
Ölkə Xəbərlər

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

Dekabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa,

Read More