İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

“BakuBus” marşrut avtobusları üçün 1,2 milyon manata “moyka” tikəcək

Xırdalan şəhərində avtobus yuma stansiyası istifadəyə veriləcək.

Bu barədə Gundelik.az AZCON Holdinqin şirkətlərindən olan “BakuBus” MMC-dən məlumat əldə edib.

Məlumata görə, avtobus yuma stansiyası üç fırçalı nəzərdə tutulub. Yuma portalı bir boks içərisində polad rels üzərində hərəkət edən iki yan fırça, bir dam fırça və su sıçrama tentindən ibarət olacaq.

Bir avtobusun yuma prosesi 3.5 dəqiqədən artıq olmayacaq.

İstifadə olunan suya gəlincə, bunun 15 %-nin təmiz, 85%-nin isə təkrar emal edilmiş su olacağı müəyyənləşdirilib.

Bir avtobus üçün su sərfiyyatının həcmi 50-80 litr, təkrar su sərfiyyatı 140-180 litr, şampun sərfiyatı 60-90 ml, yuma prosesi zamanı işıq sərfiyyatı isə 0,20-0,35 kwh müəyyənləşib.

Beləliklə, “BakuBus” avtobus yuma stansiyasının avadanlıqla təchizatının 1,2 milyon manata başa gələcəyini proqnozlaşdırıb.