İyul 11, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirilir

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Gundelik.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Belə ki, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə verilməsindən əldə olunan

Read More
Ölkə Xəbərlər

“ƏDV geri al” mexanizmi gözəllik salonları və kosmetoloji mərkəzlərə də şamil olunacaq

“ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə də şamil olunacaq. Gundelik.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər

Read More
Ölkə Xəbərlər

Məşhur tütün şirkəti külli miqdarda borca düşdü

Azərbaycanda məşhur tütünçülük şirkəti külli miqdarda borca düşüb. Bu barədə Gundelik.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib. Məlumata görə, söhbət “Zaqatala AGRO Industry” MMC-dən gedir. Belə ki, şirkətin 13 saylı Ərazi Vergilər İdarəsinə hazırda 922 395.52 manat vergi borcu mövcuddur. Qeyd edək ki, “Zaqatala AGRO Industry” MMC Yaponiyanın “Tet İnternational Development” şirkətinin Azərbaycanda törəmə müəssisəsidir. Tütün istehsalı ilə məşğul

Read More
Ölkə Xəbərlər

Sabah rayonlara qar yağacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında dekabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olacaq. Havanın temperaturu gecə 0-3° isti, gündüz

Read More
Ölkə Xəbərlər

ADSEA 1,4 milyon manatlıq nasos aqreqatları alır

ADSEA-nın Regional Su Meliorasiya Xidməti “Hinal Group” şirkəti ilə nəhəng müqavilə bağlayıb. Gundelik.az bu barərə agentlikdən məlumat əldə edib. Bekə ki, müqavilədə Subartezian quyuları üçün dalğıc tipli nasos aqreqatlarının (elektrik mühərriki ilə birlikdə) satın alınması nəzərdə tutulub. Müqavilənin maliyyə dəyəri 1 milyon 463 min 583 manat olaraq müəyyənləşib.

Read More
Ölkə Xəbərlər

Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə olunub

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Şahdağda 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s, Yardımlıda 16 m/s, Şəkidə 15 m/s-dək güclənib. Yağan qarın hündürlüyü Qax, Şahbuzda 22, Qusarda 16, Qubada 14, Gədəbəydə 12, Şəkidə (Kişçay)

Read More
İqtisadiyyat Ölkə Xəbərlər

Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlardan 3 faiz gəlir vergisi tutulacaq. Gundelik.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov

Read More
Ölkə Xəbərlər

DOST Agentliyi ehtiyat data mərkəzinin yaradılmasına 5,3 mln. manat xərcləyəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) ehtiyat data mərkəzinin yaradılması ilə əlaqədar nəhəng müqavilə bağlayıb. Gundelik.az xəbər verir ki, müqavilədə ehtiyat data mərkəzinin yaradılması ilə əlaqədar tələb olunan avadanlıq və lisenziyaların satın alınması nəzərdə tutulur. DOST Agentliyi alqı-satqı müqaviləsini “B2B Group” şirkəti ilə imzalayıb. Müqavilənin maliyyə

Read More
Ölkə Xəbərlər

Şuşada yollar buz bağlayıb, köməksiz vəziyyətdə qalanlar xilas edilib

Şuşada yollar buz bağlayıb, avtomobildə olanlar köməksiz vəziyyətdə qalıb. Bu barədə Gundelik.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə Şuşa şəhərində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Read More
İqtisadiyyat Ölkə Xəbərlər

Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

31 dekabr-4 yanvar qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər. Gundelik.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 166 satış

Read More