Füzulinin iki kəndində su təchizatı və tullantı su infrastrukturu qurulacaq
Füzulinin Dövlətyarlı və Pirəhmədli kəndlərinin xarici su təchizatı və tullantı su şəbəkələrinin tikintisi aparılacaq. Gundelik.az xəbər verir ki, ADSEA-nın Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıq işlərinə başlayıb. Belə ki, qurum tikinti işləri ilə bağlı iki tender elan edib və şirkət axtarışlarına çıxıb. Tikinti işlərinə sərf ediləcək vəsaitin ümumilikdə 5,6 milyon manat olacağı proqnozlaşdırılıb.
