Sənət köhlənindən enməyən şair-Cabir Novruz
Poeziya ən çətin sənətlərdən biridir. Bəlkə də yeganəsidir. Yalnız ona görə yox ki, o söz sənətidir. Onun xüsusi qanunları vardır, insandan peşəkarlıq və bacarıqdan başqa bir də ilahi vergi, istedad istəyir. Həm də ona görə ki, onu seçən, özünü ona həsr edən şəxsdən bu sənətin məsuliyyətini, nəcib məqsəd və ideallarını, fəlsəfəsini dərin və geniş dərk
