Bakı–Tbilisi–Bakı marşrutu üzrə ilk qatar 6 il sonra yola salınıb
Azərbaycan Dəmir Yolları Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edib. Gundelik.az xəbər verir ki, ilk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da yola salınıb. Bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edəcək. Sərnişinlərə komfort, komfort+ və lüks siniflər üzrə xidmət göstəriləcək. Yeni nəsil hərəkət
