“Qarabağ” Nəriman Axundzadənin ABŞ klubuna keçidi ilə bağlı məlumat yayıb
“Qarabağ” klubu futbolçusu Nəriman Axundzadənin ABŞ təmsilçisi “Kolumbus Kru”ya mümkün keçidi ilə bağlı məlumat yayıb. Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun rəsmi saytında bildirilib. “Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub. Mövcud razılaşmaya əsasən,
