23 Mart – Bəstəkar, professor Əşrəf Abbasovun 105 illiyi, (1920-1992)
Yaşadığı mühitin varlığına nüfuz etməyən, müasirlərinin həyatı, arzu və istəkləri ilə yaşamayan sənətkarlar heç vaxt xalq tərəfindən sevilən əsərlər yarada bilməz. Əşrəf Abbasov daim axtaran, qəhrəmanının daxili aləminə nüfuz etməyi bacaran, onu sevib, düşünən, qurub- yaradan bir insandır. C.Həsənova Abbasov Əşrəf Cəlal oğlu – Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq, Azərbaycanın Əməkdar incəsənət xadimi (1963), Azərbaycanın
