İyul 11, 2026
Baku

Dünya

Dünya Xəbərlər

Türkiyədə ticarət mərkəzi yanır

Trabzonun Akçaabat rayonunda tikinti materialları satılan ticarət mərkəzində yanğın baş verib. Gundelik.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Yanğın ticarət mərkəzinin anbar hissəsində naməlum səbəbdən başlayıb. Alovun qarşısını almaq üçün işlər aparılır. Gundelik.az

Read More
Dünya Xəbərlər

Qlobal bazarlarda FED qərarından sonra qarışıqlıq hökm sürür

ABŞ Federal Ehtiyat Sistemi (FED) 2024-cü ilin dekabrından sonra ilk dəfə faiz dərəcələrini 25 baza bəndi azaldaraq 4–4,25 faiz aralığına endirib. Fed sədri Cerom Pauell inflyasiya və məşğulluqla bağlı risklərə diqqət çəkərək, risk balansının dəyişdiyini və daha neytral siyasət mövqeyinə keçməyin məqsədəuyğun olduğunu bildirib. Gundelik.az-ın məlumatına görə, Pauell inflyasiya risklərinin hələ də yuxarı, məşğulluq risklərinin

Read More
Dünya Siyasət Xəbərlər

Qırğızıstan miqrantların müdafiəsindən imtina edib

Qırğızıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının xaricdəki hüquqlarını qorumaqdan imtina edib. Gundelik.az xəbər verir ki, bu barədə məlumatı ölkənin ombudsmanı Cəmila Camnbayeva “24.KG”yə açıqlamasında bildirib. Ombudsman parlamentdə deputatın miqrantlar üçün ayrıca ombudsman institutunun yaradılması ilə bağlı sualına cavab olaraq qeyd edib: “Biz bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu göndərdik. Nazirlik cavabında bildirdi ki,

Read More
Dünya Siyasət Xəbərlər

Ərdoğan Fələstin prezidentini qəbul edəcək

Bu gün Ankara Fələstin Prezidenti Mahmud Abbası qəbul edəcək. Prezident Rəcəb Tayyib Ərdoğan qonağı rəsmi mərasimlə qarşılayacaq. Gundelik.az xəbər verir ki, Türkiyə lideri görüşdən əvvəl şəhid, qazi və qazi ailələrinin dövlət müəssisələrində yerləşdirilməsi üçün keçiriləcək püşkatma mərasimində iştirak edəcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində başlayacaq. Daha sonra Prezident

Read More
Dünya Xəbərlər

SOCAR-ın maşınına silahlı hücum edildi

Gürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda Azərbaycanın SOCAR şirkətinə məxsus avtomobilə silahlı hücum olub. Gundelik.az Report-a istinadən xəbər verir ki, hadisə hakim “Gürcü Arzusu” partiyasının ofisinin yaxınlığında qeydə alınıb. İlkin məlumatlara əsasən, insident zamanı xəsarət alan olmayıb. Detallar məlum deyil. Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı istintaqa başladığını açıqlayıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə

Read More
Dünya Xəbərlər

Avropa idarəolunmaz qitəyə çevrilir – “Bloomberg”

Çoxsaylı daxili parçalanmalar və problemlər səbəbindən Avropa hazırda dərin böhranla üzləşib. Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg”də məqalə dərc edilib. Məqalədə qeyd olunur ki, Britaniyadan Polşaya qədər qitə sıx büdcələr, uzunmüddətli inzibati prosedurlar, parlamentlərdə parçalanma, siyasi ekstremistlərin sərt müxalifəti və tez-tez küçə etirazlarına çevrilən bölünmələrin “zərərli birləşməsindən” əziyyət çəkir. Roma Universitetinin siyasi elmlər kafedrasının

Read More
Dünya Xəbərlər

“ChatGPT”də yetkinlər üçün də şəxsiyyət və yaş təsdiqi tətbiq edilə bilər

“OpenAI”nin baş direktoru Sem Altman bildirib ki, yaxın zamanda “ChatGPT” istifadə edən yetkin şəxslər də platformanın təhlükəsizliyini artırmaq məqsədilə şəxsiyyət və yaş təsdiqindən keçə bilərlər. Gundelik.az-ın məlumatına görə, Altman qeyd edib ki, bu addım müəyyən məxfilik kompromisi yaratsa da, şirkət bunun dəyərli bir tədbir olduğuna inanır. Qərarın yeniyetmənin intiharı ilə bağlı “OpenAI”yə qarşı açılan məhkəmə

Read More
Dünya İqtisadiyyat Xəbərlər

ABŞ şirkətləri Böyük Britaniyaya 200 milyard dollardan çox sərmayə yatıracaq

Böyük Britaniya yaxın illərdə Amerika şirkətlərindən ümumilikdə 150 milyard funt-sterlinq (təxminən 204 milyard dollar) dəyərində sərmayə qəbul edəcək. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. Məlumata görə, ən böyük investisiya “Blackstone” şirkəti tərəfindən nəzərdə tutulub – növbəti onillikdə 122,6 milyard dollar. Bundan başqa, “Prologis” 5,34 milyard dollar, “Palantir” təxminən 2 milyard dollar (müdafiə innovasiyaları

Read More
Dünya Xəbərlər

“Ərimi zəhərlədilər” dedi, Kremlin cavabı gecikmədi

Bu gün mərhum rusiyalı müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya “Telegram” hesabındakı paylaşımı ilə diqqət çəkib. Gundelik.az xəbər verir ki, o, paylaşımında ərinin həbsxanada zəhərləndiyini və qəsdən öldürüldüyünü iddia edib. Bunun fonunda jurnalistlər brifinq zamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova sual ünvanlayıblar. Kremlin sözçüsü Yuliya Navalnayanın əri Alekseyin biomateriallarının analizinin nəticələri ilə bağlı açıqlamalarından

Read More
Dünya Siyasət Xəbərlər

Aİ İsraillə azad ticarəti qismən dayandırmağı planlaşdırır

Avropa İttifaqı (Aİ) Komissiyası üzv ölkələrə İsrail malları üçün ticarət imtiyazlarının dayandırılması və İsrail rəsmilərinə qarşı sanksiyaların tətbiqi ilə bağlı təklif irəli sürüb. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. Belə ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və ticarət üzrə komissarı Maros Şefçoviç Brüsseldə keçirdikləri birgə mətbuat konfransında

Read More