Hörmüz tam açılsa belə, böhran dərhal bitərmi?
ABŞ, İsrail və İran arasında əldə olunan atəşkəs bölgədə yeni bir mərhələnin başlanğıcını göstərir. Amma Hörmüz boğazı ətrafındakı qeyri-müəyyənlik və sahədəki kövrək vəziyyət böhranın tam bitmədiyini göstərir. Ekspertlərə görə, mövcud vəziyyət enerji bazarlarında daha ehtiyatlı və daha bahalı bir dövrün başlanğıcıdır. ABŞ–İsrail və İran arasında 8 aprel tarixində əldə olunan atəşkəs, gərginliyi tam bitirməkdən çox,
