İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Cənubi Koreyada daşqınlar: ölən və xəsarət alanlar var

xr:d:DAForrY5QcI:5,j:7550681359462596364,t:23071508

Cənubi Koreyada yağan güclü yağışlar nəticəsində 4 nəfər həlak olub.

Gundelik.az bu barədə “Renhap” nəşrinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, güclü yağışlar 4 nəfərin ölümünə səbəb olub, daha bir nəfər itkin düşüb, 5 mindən çox insan təxliyə edilib.

Ən çox itkilərin Çunçonqnamdo əyalətində olduğu bildirilir.

Cümə günü səhər saatlarına olan məlumata görə, 13 şəhər və əyalətdən 5192 nəfər evlərindən təxliyə edilib.

Ümumilikdə, dövlət əmlakına dəymiş ziyanla bağlı 496, xüsusi mülkiyyətə dəymə ilə bağlı 276 fakt qeydə alınıb.

İki sərnişin bərə marşrutu, yeddi əsas xətt üzrə qatarların hərəkəti qismən dayandırılıb.

Cənubi Koreya hökuməti təbii fəlakətlə bağlı genişmiqyaslı tədbirlərə başlamaq üçün müvafiq nazirlik və agentlikləri səfərbər edib.

Koreya Meteorologiya İdarəsi Qvanqju, Busan, Ulsan şəhərlərində daha 100-200 mm, mərkəzi Çunçonq və Collabukdo əyalətində, həmçinin Daequ və Gyeongsangbukdo əyalətlərində 50-150 mm yağıntı olacağını proqnozlaşdırır.

Gundelik.az