Gundelik.az Dünya Cənubi Koreyada daşqın nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb
Dünya Xəbərlər

Cənubi Koreyada daşqın nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Ötən həftə Cənubi Koreyada yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Bu barədə Gundelik.az “Renhap” nəşrinə istinadən xəbər verir.

Bazar ertəsi səhər saatlarına olan məlumata görə, təbii fəlakət nəticəsində 18 nəfər həlak olub, 9 nəfər hələ də itkin düşüb.

Bundan əvvəl 4 nəfərin öldüyü bildirilirdi. Eyni zamanda 14 min insanın təxliyə edildiyi qeyd edilir.

Cənubi Koreyanın Milli Meteorologiya Agentliyi bazar ertəsi səhər Colanam-do, Gyeongsangnam-do və Ceju adalarına daha çox yağış yağacağını proqnozlaşdırır.

Gundelik.az 

Exit mobile version