Milano Cortina 2026 Qış Olimpiya Oyunları çərçivəsində qısa məsafəli sürət konkisürməsinin qadınlar arasında 3 min metr estafet kateqoriyasında Cənubi Koreya qızıl medal qazanıb.
İtaliyada keçirilən yarışların 12-ci günündə qadınlar arasında 3 min metr estafet mübarizəsi Milanodakı buz arenasında baş tutub.
Choi Min-jeong, Kim Gil-li, Shim Suk-hee və Noh Do-hee-dən ibarət Cənubi Koreya komandası 4 dəqiqə 4.014 saniyə nəticə ilə qızıl medala sahib çıxıb.
Cənubi Koreya bu kateqoriyada 7-ci dəfə Olimpiya çempionu olub.
İtaliya 107 nəticə ilə gümüş, Kanada isə 314 göstərici ilə bürünc medal qazanıb.
Mənbə: Global Haber
Hazırladı :Ziyalə Əhmədli
Gundelik.az

