İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Burun əməliyyatdan sonra komaya düşdü, klinikaya protokol tərtib edildi

Uğursuz rinoplastika əməliyyatı səbəbi ilə Səhiyyə Nazirliyinə “MedAura” klinikası ilə bağlı protokol göndərilib.

Gundelik.az xəbər verir ki, bu barədə nazirliyin Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.

Bildirilib ki, noyabrın 7,12 və 13-də klinikada plandankənar (növbədənkənar) yoxlamalar keçirilib:

“Yoxlama nəticəsində aşkar edilmiş nöqsanlar üzrə tədbirlər görülüb və inzibati xəta məsuliyyəti yaradan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib”.

Qeyd edək ki, Bakıda “MedAura” klinikasında gənc qız burun əməliyyatından sonra komaya düşüb. Bu barədə qızın bacısı İlhamə Budaqlı sosial media hesablarında paylaşım edib.